...

Bakıya gəlmək üçün xərclədiyimiz pula dəyər - Uelsli azarkeş

Gündəm Materials 16 İyun 2021 11:32 (UTC +04:00)
Bakıya gəlmək üçün xərclədiyimiz pula dəyər - Uelsli azarkeş

Bakı. Trend:

AVRO-2020 matçlarının keçirildiyi Bakıya səyahət üçün xərclənən vəsaitə dəyər.

Trend-in məlumatına görə, bunu uelsli futbol azarkeşi Eşli Tomas deyib.

O bildirib ki, Uels hökumətinin pandemiya ilə əlaqədar "qırmızı zona" elan etdiyi İtaliya və Azərbaycana səfər etməmək tövsiyəsinə baxmayaraq, Bakıdakı birinci oyuna təxminən iki min azarkeş gəlib:

"Həmin şənbə çox gözəl mühit var idi. Biz öz komandamıza çox gur dəstək verdik. Matçın sonunda isə oyunçular bizim tribunaya yaxınlaşaraq bizi alqışladı. Bakıda çox yaxşı idi. Yerli sakinlər mehribandır, qiymətlər isə ucuzdur".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti