...

Azərbaycan Ordusunun hərbçisi tabel silahından istifadə etməklə intihar edib - MN

Gündəm Materials 13 İyul 2021 10:35 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti