...

"Delta" ştammı daha çox insanı yoluxdura bilər - Hande Harmancı

Gündəm Materials 15 İyul 2021 11:53 (UTC +04:00)
"Delta" ştammı daha çox insanı yoluxdura bilər - Hande Harmancı

Bakı. Trend:

"Delta" ştammının Azərbaycanda aşkarlanacağı məlum idi. Bu ştamm daha çox insanı yoluxdura bilər.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, "Delta" ştammı daha yoluxucudur: "Bu ştamm ilə də mübarizə üsulları eynidir. İlk olaraq peyvənd vurdurmaq, və gigiyenik qaydalara əməl etmək lazımdır".

Qeyd edək ki, Azərbaycanda 31 nəfərdə "Delta" ştammı aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti