Bakı. Trend:
Parisdən cənubda yerləşən Masi şəhərinin yaxınlığında baş verən torpaq çökməsi dəmir yolu xəttinin zədələnməsinə və yüksək sürət qatarlarının (TGV) hərəkatının dayandırılmasına səbəb olub.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İl-de-Frans bölgəsinin xilasetmə xidməti "Twitter" səhifəsində yazıb.
Bildirilir ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, 70-ə yaxın ekspress sürət gatarlarının reysi təxirə salınıb.