...

UNEC-ə yeni prorektorlar təyin edilib

Gündəm Materials 12 Avqust 2021 17:19 (UTC +04:00)
UNEC-ə yeni prorektorlar təyin edilib

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektorlar təyin edilib.

Trend xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov rəsmi "Facebook" səhifəsində məlumat verib.

O bildirib ki, maliyyə və mühasibat fakültəsinin dekanı dosent Gəray Musayevi Tədris və təlim texnologiyaları üzrə, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru dosent Raqif Qasımovu isə Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin edib:

"İnanıram ki, hər biri UNEC-in qarşıya qoyduğu hədəflərə nail olmaq üçün layiqli töhfələr verəcək"

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti