...

Gürcüstanın dövlət agentliyinin rəsmiləri DİDK-də olub (FOTO)

Gündəm Materials 26 Avqust 2021 20:47 (UTC +04:00)
Gürcüstanın dövlət agentliyinin rəsmiləri DİDK-də olub (FOTO)

Bakı. Trend:

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK)olub.

Komitədən Trend-ə bildirilib ki, qonaqları salamladıqdan sonra Komitə sədrinin birinci müavini Valeh Hacıyev Komitənin fəaliyyət istiqamətləri, dövlətimizin yürütdüyü tolerantlıq siyasəti, ölkəmizdə yaşayan etnik və dini icmalar arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri barədə məlumat verib.

Komitə rəsmisi bildirib ki, Azərbaycan və Gürcüstan arasında həmişə dostluq və mehriban qonşuluq münasibətləri olub və hazırda Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir.

Qeyd olunub ki, Azərbaycanda başqa xalqlara və dinlərə hər zaman sayğı ilə yanaşılıb, ölkəmiz hər zaman sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində var gücü ilə çalışıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze xoş və səmimi qarşılanmaya görə Komitə rəsmilərinə təşəkkür edib, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. Daha sonra Zaza Vaşaxmadze Gürcüstan dövlətinin yürütdüyü din siyasəti və dövlət tərəfindən etnik və dini icmalara göstərilən dəstək barədə ətraflı məlumat verib. Agentlik sədri Gürcüstanda da bütün konfessiyaların birgə mövcudluğu üçün yaxşı şərait olduğunu, Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi üçün hər cür imkanın yaradıldığını bildirib.

Daha sonra Azərbaycanda yaşayan etnik gürcülərin milli adət-ənənələrinin, eləcə də, milli kimliklərinin qorunması ilə bağlı məsələlər müzakirə edilib, təkliflər səsləndirilib.
Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib və birlikdə şəkil çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti