...

"Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatıb (FOTO/VİDEO)

Gündəm Materials 2 Sentyabr 2021 10:52 (UTC +04:00)

Bakı. Trend:

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi başa çatıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının kollektivi 17 ölkə arasında vokal ustalığında solo ifada 3-cü, xoreoqrafik duet rəqsində 2-ci, qrup rəqsində isə 3-cü yerə layiq görülüb.

Bundan əlavə, Azərbaycan təmsilçiləri Alabino hərbi poliqonunda “Dostluq Evi”ndə 21 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə 3-cü yerdə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti