...

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək

Gündəm Materials 5 Sentyabr 2021 11:59 (UTC +04:00)
Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək

Trend-i buradan izləyin

Füzuli. Trend:

Füzuli Beynəlxalq Hava limanında DSX də fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Sərhəd Xidmətinin polkovnik-leytnantı Rəşad Məşədiyev məlumat verib.

R.Məşədiyev bildirib ki, Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq olduqca qürur vericidir:

"Burada digər xidmətlərlə yanaşı DSX-nin müvafiq bölməsi fəaliyyət göstərəcəkdir. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür"

Qeyd edək ki, bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti