...

Nazirlik elektron portalda bəzi vətəndaşların diplom məlumatlarının çıxmamasına aydınlıq gətirib

Gündəm Materials 16 Sentyabr 2021 14:14 (UTC +04:00)
Nazirlik elektron portalda bəzi vətəndaşların diplom məlumatlarının çıxmamasına aydınlıq gətirib

Bakı. Çingiz Səfərli - Trend:

E-hökumət portalında bəzi vətəndaşların diplom məlumatları çıxmır.

Trend-in məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abiyev deyib.

O bildirib ki, buna səbəb baza məlumatlarının müəyyən illərlə məhdudlaşmasıdır:

"Təəssüf ki, bazadakı məlumatlar bütün illəri əhatə etmir. 30-40 il əvvəli nəzərə alsaq, böyük bazadır. Təkmilləşmə ilə bağlı işlər görülür, lakin vaxt aparır. Bununla bağlı müraciət olanda, yekun bazadan istifadə etməklə vətəndaşlara köməklik göstərilir".

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti