...

"Yeni Klinika" sabiq deputat Rafael Cəbrayılovun ölüm səbəblərini açıqlayıb

Gündəm Materials 30 Sentyabr 2021 12:10 (UTC +04:00)
"Yeni Klinika" sabiq deputat Rafael Cəbrayılovun ölüm səbəblərini açıqlayıb

Bakı. Çigniz Səfərli - Trend:

"Yeni Klinika" həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama yayıb.

"Yeni Klinika"dan Trend-ə verilən məlumata görə, R.Cəbrayılov 60 saturasiya ilə xəstəxanaya daxil olub:

"Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs olunmuşdu. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti