...

Yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsinə aydınlıq gətirilib

Gündəm Materials 7 Yanvar 2022 11:19 (UTC +04:00)
Yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsinə aydınlıq gətirilib

Bakı. Çingiz Səfərli - Trend:

Yeni yaşayış massivlərinin qazlaşdırılması məsələsinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov açıqlama verib.

Onun sözlərinə görə, mərhlələli şəkildə, maliyyə imkanları çərçivəsində həmin ərazilərdə küçə xətlərinin çəkilməsi nəzərdə tutulur.

"Yeni yaşayış massivlərinin sayı durmadan artır. Elə yaşayış massivləri var ki, sənaye və neft torpaqlarında salınıb. Həmin ərazilər plana salındıqdan sonra qazlaşdırma işləri aparıla bilər. Digər tərəfdən vətəndaşlar öz sifarişləri əsasında da qazlaşdırma apara bilər", - T.Cəfərov deyib .

Onun sözlərinə görə, il ərzində 30-40 minə yaxın evin fərdi qazlaşdırma işi aparılır:

"Ya vətəndaşlar evin plana salınmasını gözləməlidirlər, ya da öz hesabları əsasında qaz çəkilişini təmin edə bilərlər" - deyə şöbə rəisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti