...

2 milyon manata yaxın dələduzluqda ittiham edilən şəxsin məhkəməsi başlayır

Gündəm Materials 15 Fevral 2022 16:17 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

1 milyon 800 min manata yaxın dələduzluqda ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatındadır.

Məhkəmənin hazırlıq iclası fevralın 25-ə təyin edilib.

Cinayət işi üzrə beş nəfər zərərçəkmiş var. Onlardan biri "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevdir. C.Əliyev biznes qurmaq adıyla ondan 1 milyon manata yaxın pul almaqda təqsirləndirilir.

C.Əliyevin toruna düşən digər dörd nəfər isə Elnur Qəhrəmanov, Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkram Əliyevdir. Zərərçəkmişlərə vurulan ümumi ziyan 1 milyon 800 min manata yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti