...

Bu şəxslərə müharibə veteranı təqaüdü verilməyəcək

Gündəm Materials 3 Mart 2022 12:25 (UTC +04:00)
Bu şəxslərə müharibə veteranı təqaüdü verilməyəcək

Bakı. Humay Ağacanova - Trend:

Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd verilməyəcək.

Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat katibi Fazil Talıblı sosial şəbəkə hesabında paylaşım edib.

"Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir.

Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir”, - deyə qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti