...

Vəkillər rüşvətdə təqsirləndirilən gömrük işçilərinə bəraət istədi

Gündəm Materials 14 Mart 2022 17:27 (UTC +04:00)
Vəkillər rüşvətdə təqsirləndirilən gömrük işçilərinə bəraət istədi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Onlar müvəkkillərinə bəraət istəyib.

Proses martın 16-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxslər- Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il 2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti