...

Bu günədək Ukraynadan Azərbaycana təxliyə olunan insanların sayı AÇIQLANIB

Gündəm Materials 14 Mart 2022 20:22 (UTC +04:00)
Bu günədək Ukraynadan Azərbaycana təxliyə olunan insanların sayı AÇIQLANIB

Bakı. Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 14 mart 2022-ci il tarixinədək Azərbaycana 7500-dən artıq insan təxliyə olunub. Onlardan 3 000-ə yaxını çarter reysəri, 4500-dən çox insan isə avtobuslarla təxliyə olunub.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Ukraynadakı vəziyyətlə əlaqədar bu bölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın, həmçinin şəxsi imkanları hesabına Azərbaycana geri dönüşü həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti