Bakı. Trend:
İtaliya mayın 1-dən COVİD-pasport tələbini ləğv edəcək.
Trend xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Roberto Speranza mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, hökumət hazırda COVİD-pasportlardan imtina istiqamətində addımlar atır.
"Aprelin 1-dən müvafiq sertifikatlar açıq hava olan əksər məkanları, mayın 1-dən isə - qapalı məkanları ziyarət zamanı tələb olunmayacaq", - nazir bildirib.