...

250 min manat mənimsəyən bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb

Gündəm Materials 5 Aprel 2022 12:05 (UTC +04:00)
250 min manat mənimsəyən bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sabiq bələdiyyə sədri 250 min manat mənimsəyib.

Trend-in məlumatına görə, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilir ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bundan əlavə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti