Ağdam.Trend:
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Ömərov Seyidağa Mirzəağa oğlu bu gün saat 11:40 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşüb və partlayış nəticəsində ağır bədən xəsarəti alıb.
DİN-dən Trend-ə bildirilib ki, o, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiya edilib.
Hazırda vəziyyəti stabildir.
***
12:21
Ağdamda hərbiçi minaya düşüb
Trend-in yerli bürosu xəbər verir ki, Daxili qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu, çavuş Ömərov Seyidağa Mirzəağa oğlu keçmiş təmas xəttində minaya düşüb.
Ayağından xəsarət alan hərbçi hazırda hospitala yerləşdirilib.