...

Avstraliya Rusiyanın daha 16 vətəndaşına qarşı sanksiya tətbiq edib

Gündəm Materials 1 İyul 2022 07:18 (UTC +04:00)
Avstraliya Rusiyanın daha 16 vətəndaşına qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

Daha 16 Rusiya vətəndaşı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Federal Reyestrinin məlumatlarında qeyd olunub.

Sənədə əsasən, Olimpiya çempionu, Milli Media Qrupunun direktorlar şurasının sədri Alina Kabaeva, uşaq ombudsmanı Mariya Lvova-Belova, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev, tikinti naziri İrek Fayzullin və nəqliyyat naziri Vitali Savelyev barəsində məhdudiyyətlər qoyulub.

Bundan əlavə, "Peçenqa" Beynəlxalq Dəniz Limanı" ASC-nin direktorlar şurasının rəhbəri İqor Putin, "Sogaz" sığorta şirkəti idarə heyətinin sədr müavini Mixail Putin və "MRT Şirkətlər Qrupu" MMC-nin direktorlar şurasının sədri Roman Putin sanksiyalara məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti