...

"Vineyard Azərbaycan" - xristian icmasının konserti təqdim olunub - tolerantlıq və multikulturalizmin parlaq nümunəsi (FOTO/VİDEO)

Gündəm Materials 30 Avqust 2022 19:41 (UTC +04:00)
"Vineyard Azərbaycan" - xristian icmasının konserti təqdim olunub - tolerantlıq və multikulturalizmin parlaq nümunəsi (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən "Vineyard Azərbaycan" Xristian dini icmasının fəaliyyətinin 9-cu ilinə həsr olunmuş tədbir baş tutub.

Trend xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun, Baki Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bibliya cəmiyyətinin, müxtəlif dini icmalarının nümayəndələri, ziyalılar və gənclər iştirak edib.

Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov çıxış edərək Azərbaycanda bütün xalqların və dini konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadığı multikulturalizmin və tolerantlığın tarixi ənənələrini vurğulayıb. Vineyard Azərbaycan-ın ümumbəşəri dəyərlərin təbliği və inkişafı sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilmişdir.
"Biz fəxr edirik ki, bugün Azərbaycanda din və dövlət siyasəti ən yüksək səviyyədə bütün dünyaya nümayiş olunur. Bugün Azərbaycanda cəmiyyətimizi, gənclərimizi və dövlətimizi ruhlandıran və daim hər yerdə Azərbaycanın tarixini, siyasətini, tolerantlığını və sülhpərvərliyini təmsil edən “Vineyard Azərbaycan” Xristian Dini icması kimi bir icma mövcuddur. Bu həqiqətən də ölkəmizdə Tolerant mühitin olmağının sübutudur", - deyə Siyavuş Heydərov qeyd edib.

"Vineyard Azərbaycan" rəhbəri Emil Pənahov vurğulayıb ki, Azərbaycan bütün dünya üçün örnək olan multikultural və dini dəyərlərin sistemini və modelini, çoxmillətli xalqın birliyində dini etiqad azadlığını formalaşdırıb.

"Biz xoşbəxt insanlarıq! Tanrı Azərbaycanı sevir, bizə xeyir-dua verir! Rəbb bizimlədir və biz həmişə xalqımıza və ölkəmizə xidmət edəcəyik. İnanıram ki, bizim xristian dini icması digər qardaş icmalarla birlikdə Azərbaycanın çiçəklənməsi naminə bundan sonra da səmərəli fəaliyyət göstərəcəkdir", - deyə Emil Pənahov qeyd edib.

Rəsmi hissədən sonra təşkil edilən konsert proqramında icmanın bədii özyaradıcılıq komandasının ifasında maarifləndirici və ruhani səhnələr göstərilibş, ilahilər oxunub, Azərbaycan milli rəqsləri, yeni veb sayt, kliplər nümayiş olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti