Bakı. Trend:
Yarandığı gündən bəri sürətlə böyüyən “TikTok” qısa zamanda ən böyük sosial media platformalarından birinə çevrilib.
Trend-in məlumatına görə, “TikTok” ilə qısa videolar və canlı yayımlar paylaşmaq mümkündür.
“TikTok”da pul qazanmaq və fenomen olmaq istəyən insanlar üçün videoların daha çox baxış topladığı "kəşfet" saatları böyük əhəmiyyət kəsb edir.
Dünya üzrə “TikTok” "kəşfet" saatları:
Bazar ertəsi: 6.00 – 10.00 – 22.00
Çərşənbə axşamı: 02.00 – 04.00 – 09.00
Çərşənbə: 07.00 – 08.00 – 23.00
Cümə axşamı: 09.00 – 12.00 – 19.00
Cümə: 05.00 – 13.00 – 15.00
Şənbə: 11.00 – 19.00 – 20.00
Bazar: 07.00 – 08.00 – 16.00
Təbii ki, bu saatlar izləyiciləriniz üçün keçərli olmaya bilər. Hər bir hesab üçün kəşfet vaxtları fərqli ola bilər. Bu nöqtədə ən vacib məsələ hesabların auditoriyasıdır. Lakin hesab vasitəsilə bu saatları öyrənmək mümkündür.
“TikTok” "kəşfet" saatlarını öyrənmək üçün:
1. “TikTok” tətbiqini açın.
2. "Tənzimləmələr"ə daxil olun.
3. "Yaradıcı Alətləri" seçin.
4. Analitika bölməsinə daxil olun.
5. İzləyicilər bölməsindəki izləyicilərin fəaliyyəti bölməsindən kəşfet saatlarını öyrənə bilərsiniz.