...

İranda əxlaq polisinin ləğv edilməsi gözlənilirdi - Əhməd Obalı

Gündəm Materials 5 Dekabr 2022 15:59 (UTC +04:00)
İranda əxlaq polisinin ləğv edilməsi gözlənilirdi - Əhməd Obalı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əxlaq polisinin ləğv edilməsi İran höküməti tərəfindən gözlənilirdi.

Trend-in məlumatına görə, bunu bu gün Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

O qeyd edib ki, bu taktiki bir hərəkətdir.

“Faktiki olaraq o ləğv olunmuşdu. Sadəcə funksiyaların əxlaq polisindən alıb SEPAH-a verilməsinin etirazlara bir təsiri olmayacaq. İran çalışır ki, bəlkə bu vasitəilə etirazları azaldar, lakin bu müvəqqəti olacaq”,- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti