...

Əlverişsiz hava şəraiti ilə əlaqədar Ukraynadan gələn gəmilərin hərəkətini dayandırılıb

Gündəm Materials 13 Dekabr 2022 02:36 (UTC +04:00)
Əlverişsiz hava şəraiti ilə əlaqədar Ukraynadan gələn gəmilərin hərəkətini dayandırılıb

Bakı. Trend:

Əlverişsiz hava şəraiti və elektrik enerjisinin kəsilməsi ona gətirib çıxarıb ki, bazar ertəsi Ukrayna limanlarından ərzaqla heç bir gəmi çıxa bilməyib.

Trend-in məlumatına görə, bu barədə İstanbuldakı Birgə Koordinasiya Mərkəzindən bildirilib.

"Koordinasiya Mərkəzi bildirib ki, əlverişsiz hava şəraiti və elektrik enerjisinin kəsilməsi səbəbindən bu gün Ukrayna limanlarından bir dənə də olsun gəmi çıxmayıb", - deyə qeyd olunub.

Ukraynanın Yujnı limanına bir gəmi gedib.

Türkiyənin ərazi sularında 81 gəmi yoxlama üçün növbə gözləyir. Bunlardan 20-si Ukraynadan ərzaq yükü ilə yola düşüb, 61 gəmi Ukraynaya getmək üçün icazə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti