...

Prezident İlham Əliyevin son sərəncamları sosial islahatların növbəti mərhələsidir - Komitə sədri

Gündəm Materials 13 Yanvar 2023 13:08 (UTC +04:00)
Prezident İlham Əliyevin son sərəncamları sosial islahatların növbəti mərhələsidir - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev bu gün yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladı. Bu artımlar 800 mindən çox insanı əhatə edəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə deyib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər, maaşların artırılması ilə bağlı fərman və sərəncamları ölkəmizdə aparılan sosial islahatların növbəti mərhələsidir və vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edəcək.

Komitə sədrinin sözlərinə görə, artımlar əsasən əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. “Bu il imzalanan sərəncamlarla artırılan əməkhaqqıları, pensiyalar, təqaüdlər, müavinətlər 2019-cu ildən bəri 4-cü sosial islahatlar paketinin davamıdır və bütövlükdə bu paket bu il ərzində 2 milyona yaxın vətəndaşımızı əhatə edəcək və ümumi maliyyə yükü 750 milyon manat təşkil edəcək”, - deyə M.Quliyev bildirib.

O vurğulayıb ki, son 4 ildə davamlı şəkildə sosial müdafiəyə ehtiyacı olan insanların təqaüdləri, pensiyaları, əməkhaqqıları davamlı olaraq artırılır. “Son 4 ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinəti 2.5 dəfə, ümumi səbəbdən əlilliyi olan şəxslərin və yaşa görə müavinət alanların müavinətinin məbləği 3 dəfə artıb. Digər müavinətlərin məbləği də nəzərə çarpacaq dərəcədə yüksəlib. Bütün bunlar Azərbaycanda insanların sosial rifahının dövlət siyasətinin mərkəzində dayandığını göstərir”, - deyə komitə sədri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti