...

Rusiya sülhməramlılarına aid daha bir minik maşını Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 27 Yanvar 2023 17:39 (UTC +04:00)
Rusiya sülhməramlılarına aid daha bir minik maşını Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Xankəndi istiqamətinə gedən avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bu gün ümumilikdə, 47 maşının keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 46 gündür davam edir.

Xəbər lenti

Xəbər lenti