...

Monteneqro Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir

Gündəm Materials 28 Yanvar 2023 07:56 (UTC +04:00)
Monteneqro Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir

Bakı. Trend:

Monteneqro Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

Trend-in məlumatına görə, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Monteneqro Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti