...

Türkiyədə zəlzələdən sonra bərpa işlərinə gələn ay başlanılacaq

Gündəm Materials 18 Fevral 2023 00:26 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin zəlzələdən zərər çəkən 10 vilayətində 1 həftə ərzində zərərin qiymətləndirmə işləri tamamlanacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə mart ayında evlərin tikintisinə başlamağı planlaşdırılır.

"Zəlzələdən zərər çəkən 10 vilayətdə məskunlaşma sahələri müəyyən edilib. Bütün komandalarımız bu ərazilər üzrə ətraflı geoloji tədqiqat hesabatları hazırlayır. Evlərimiz 3-4 mərtəbədən çox ibarət olmayacaq", - deyə nazir bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti