Bakı. Trend:
Qadınların məişət zorakılığına məruz qalması məsələlərində komitə və digər əlaqədar dövlət qurumları itərəfindən fəaliyyət həyata keçirilir. Konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır.
Trend xəbər verir ki, bunu jurnaliatlərə açıqlamasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır.
“Cəmiyyətimiz də bu kimi məişət zorakılığı məsələlərində vahid mövqe sərgiləməlidir. Qadınlar və uşaqlar öz evində öz yaxınları və tərəfindən zorakılığa məruz qalmamalı, onların həyatına qəsd edilməməlidir. Təəssüf ki, bu hədəfə çatmaq yolunda bir sıra maneələr var. Bu maneələri isə bir yerdə dəf etməyə çalışmalıyıq”,-deyə sədr qeyd edib.