...

Bu günə qədər 77 min 890 hektar ərazi minadan təmizlənib - Vüqar Süleymanov

Gündəm Materials 28 Aprel 2023 16:23 (UTC +04:00)
Bu günə qədər 77 min 890 hektar ərazi minadan təmizlənib - Vüqar Süleymanov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünyadan ən çox minadan çirklənmiş ölkələrdəndir.

Trend-in məlumatına görə, bunu ANAMA-nın İdarə heyətinin sədri Vüqar Süleymanov humanitar minatəmizləmə fəaliyyəti ilə əlaqədar diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinq zamanı deyib.

O bildirib ki, 2020-ci il noyabrından bu günə qədər 77 min 890 hektar ərazi minadan təmizlənib.

"87 minə yaxın mina və partlamamış sursat zərərsizləşdirib. Onlardan 43 min 244 partlamamış sursatdır. 20 mindən artığı isə minalar olub. Müharibədən sonra 292 insan mina qurbanı olub. Onların 200 nəfərdən artığı müxtəlif bədən xəsarəti alıb.

1991-ci ildən bu günə qədər Azərbaycanda 3377 nəfər minadan dünyasını dəyişib. Onlardan 38 nəfəri qadın və uşaq olub".

Qeyd edək ki, bu gün mina və müharibənin partlayıcı qalıqları dünyanın bir çox bölgəsində insanların həyat və sağlamlığına, inkişaf və tərəqqiyə ən ciddi təhdid və maneələr yaradan amildir. Mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların səmərəli müzakirəsi mina təhlükəsi ilə mübarizədə qabaqcıl həllərin tətbiqi üçün önəm kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti