...

Keçmiş icra hakimiyyətinin binasında yanğın olub

Gündəm Materials 17 İyul 2023 10:10 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gəncədə keçmiş Nizami Rayon İcra Hakimiyyətinin binasında yanğın olub.

Trend xəbər verir ki, FHN-in "112" qaynar xəttinə , Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub.

Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının elektrik lövhəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülülb.

Binadakı 7 əməkdaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti