...

Pentaqon UFO xəritəsini dərc etdi

Gündəm Materials 11 Sentyabr 2023 10:27 (UTC +04:00)
Pentaqon UFO xəritəsini dərc etdi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

UFO (naməlum uçan obyektlər) və yadplanetlilər müzakirələri tam sürətlə davam edərkən, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) gizli sənədlərin dərc ediləcəyi internet saytının avqustun 30-da açıldığını açıqlayıb.

Trend-in məlumatına görə, dünyada ən çox UFO müşahidələrinin xəritədə göstərildiyi saytda bu mövzuda bildirişlər də qəbul ediləcək.

Keçən il ABŞ Konqresində 54 ildə UFO-larla bağlı ilk ictimai sessiyadan sonra dünyadan kənar həyatın müzakirəsi gündəmin əsas mövzularından birinə çevrilib.

Bu kontekstdə aparılan araşdırmaların əhəmiyyətli bir hissəsi hələ də məxfi olsa da, ABŞ hökuməti əlində olan bəzi məlumatları ictimaiyyətlə paylaşmağa başlayıb. Mövzu ilə bağlı son açıqlama ABŞ Müdafiə Nazirliyindən gəlib.

Pentaqon dərc etdiyi xəritədə dünyada naməlum uçan obyektlərin ən çox görüldüyü nöqtələri paylaşıb. “Naməlum anomal fenomen” (UAP) adlanan “naməlum uçan obyektlər” (UFO) haqqında rəsmi məxfilikdən çıxarılan məlumatlar nazirlik tərəfindən yaradılmış yeni internet saytı vasitəsilə ictimaiyyətlə paylaşılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti