Bakı. Trend:
Hazırda ölkədə çox sayda qeydiyyatsız evlər var. Prezident İlham Əliyev də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, elə adam var ki, nəvəsini artıq o evdən gəlin köçürüb, amma hələ oturduğu ev qeydiyyata alınmayıb. “Kim nə etməlidir bununla bağlı? BMT qətnamə qəbul etməlidir? Tapşırıq verilib, yerinə yetirilməlidir. Vətandaşları əksinə dövlətdən narazı salırlar”, -deyə komitə sədri bildirib.
Xəbər yenilənəcək