...

ABŞ Yəmənə yenidən zərbələr endirib

Gündəm Materials 31 Yanvar 2024 23:54 (UTC +04:00)
ABŞ Yəmənə yenidən zərbələr endirib

Bakı. Trend:

ABŞ ordusu Yəmən ərazisinə yeni zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində bildirib.

Məlumata əsasən, hücumun hədəfi "Ənsar Allah" hərəkatından husi üsyançılarına məxsus yer-hava raketi olub.

"Yanvarın 31-də Səna vaxtı ilə təxminən saat 15:30-da CENTCOM qüvvələri husilərin atılmağa hazır olan yer-hava raketini vuraraq məhv edib. ABŞ ordusu Yəmənin husilərin nəzarət etdiyi ərazilərdə raket aşkarlayıb və onun Amerika təyyarələri üçün birbaşa təhlükə olduğunu müəyyən edib", - deyə Mərkəzi Komandanlığı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti