Bakı. Trend:
Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün vacib əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan “Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu Milli Məclisdə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün bəzi məsələlərin yolu tək tapmaq olmur.
“Ona görə də biz Azərbaycanla, Bakı Təşəbbüs Qrupu ilə dialoqa başlamışıq. Burada elə mövzulardan danışılır ki, Azərbaycan artıq bu məsələlərin həllini tapıb. Bura gəlmişik ki, Azərbaycanın fikirlərini eşidək və fikir mübadiləsi aparaq. Azərbaycanın dəstəyi bizim üçün çox vacibdir və buna görə Azərbaycana təşəkkürümüzü bildiririk. Azərbaycana təşəkkür edirik ki, bizə öz fikirlərimizi səsləndirməyə və səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaradıb”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.