...

İsrail "Hizbullah"la müharibə etmək istəmir - İsrailin müdafiə naziri

Gündəm Materials 27 İyun 2024 06:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Livanın "Hizbullah" hərəkatı ilə müharibə etmək istəmir, lakin hadisələrin istənilən inkişafına hazırdır.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Vaşınqtona səfəri zamanı deyib.

"Biz müharibə istəmirik, lakin "Hizbullah" təhlükəli oyun oynayır və biz öz vətəndaşlarımıza və evlərini tərk etmək məcburiyyətində qalan on minlərlə israilliyə qarşı hücumlara dözməyəcəyik", - deyə o bildirib.

Onun sözlərinə görə, əsas məqsəd İsrail vətəndaşlarını sağ-salamat evlərinə qaytarmaqdır.

"Biz bunu qarşılıqlı anlaşma əsasında etməyə üstünlük veririk, lakin bütün mümkün ssenarilərə hazırlaşırıq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti