...

Növbəti hərraclara 26 əmlak çıxarılıb

İqtisadiyyat Materials 28 İyun 2024 16:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 2-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb.

Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi "Bakı Beton Konstruksiyaları" MMC-nin ilkin satış qiyməti 7 milyon 609 min 376 manat təşkil edir. Müəssisənin ümumi faydalı sahəsi 9 267 kvadratmetr, torpaq sahəsi isə 64 483 kvadratmetrdir.

Hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.

Dövlət Xidməti iyulun 9-da keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti