...

AİB rəhbəri Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə rolundan danışıb

Yaşıl iqtisadiyyat Materials 28 İyun 2024 16:33 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ön cəbhədədir və Asiya İnkişaf Bankı ölkənin milli səviyyədə və COP29 sədri olaraq bütün fəaliyyətini dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə AİB-in prezidenti Masatsuqu Asakava iyunun 28-də ADA Universitetində çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan ekoloji və iqlim problemlərinin müzakirəsində və dünya miqyasında mühüm qərarların qəbulunda mühüm oyunçudur.

"Gənc nəsil BMT-nin İqlim Dəyişmələri üzrə konfranslarında çempion ola bilər və bu məntiqlidir, belə ki, iqlim dəyişikliyi birbaşa olaraq gələcəyə təsir edir", - deyə AİB-in prezidenti qeyd edib.

Onun sözlərinə görə, noyabrda keçiriləcək COP29 iqlim problemlərinin həllinə dair təcrübə əldə etmək və bölüşmək üçün mühüm platrformadır.

"Təcili tədbirlər görülməsə, planetdə temperatur 1,8-2,2 dərəcə yüksələ bilər ki, bu da həyat üçün riskləri artıracaq", - Asakava deyib.

O, Dubayda COP28-də müzakirə edilən, həmçinin Bakıda keçiriləcək COP29 və Braziliyada keçiriləcək COP30-un diqqət mərkəzində olacaq iqlim maliyyəsinin artırılmalı olduğunu deyib.

"AİB ekologiyanın mühafizəsinə yönəlmiş layihələrin kreditləşdirilməsinə böyük diqqət yetirir", - deyə bank rəhbəri bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti