...

FAO eksperti ərzaq sahəsində itki və tullantılarının azaldılması üzrə addımlardan danışıb

Yaşıl iqtisadiyyat Materials 28 İyun 2024 16:16 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Ərzaq sahəsində itki və tullantılar (Food Loss & Waste - FLW) dünyada istixana qazlarının ümumi emissiyasında 10 faiz təşkil edir.

Trend xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Pərviz Əliyev "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

FAO nümayəndəsi qeyd edib ki, ərzaq sahəsində itki və tullantıların azaldılması FAO-nun qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün Yol Xəritəsinin həyata keçirilməsi üzrə fəaliyyəti üçün prioritetdir.

Onun sözlərinə görə, qlobal ərzaq sistemi istixana qazlarının ümumi emissiyasının 21-37 faizinə cavabdehdir.

"Ərzaq istehsalçıları torpaqdan, sudan, enerjidən, yəni ən mühüm, bəzən isə bərpa oluna bilməyən resurslardan istifadə edirlər. Ərzağa diqqətli münasibət olmadıqda isə bu, bütün iqtisadi sistemə, eləcə də iqlim dəyişikliyinə təsir edir. Bu yanaşma artıq FAO-nun dünyada ərzaq istehsalının 35-50 faiz azala biləcəyini və bunun da ciddi mənfi nəticələrə səbəb olacağını proqnozlaşdırmasına səbəb olub", - deyə o qeyd edib.

O bildirib ki, FAO ərzaq sahəsində itki və tullantıları azaltmaq üçün Qlobal Ərzaq Təşəbbüsü (Global Food Initiative) həyata keçirir.

"Bir sıra hallarda tullantıları azaltmaq mümkün olmadıqda, emal və texnologiya yolu ilə işlənmiş ərzaq məhsullarından faydalı qeyri-ərzaq məhsulları yaradılmalıdır", - deyə o əlavə edib.

P. Əliyev həmçinin qeyd edib ki, Azərbaycanda FAO fermerlər üçün layihələr həyata keçirir və bu layihələr artıq fermer təsərrüfatlarının gəlirlərini ümumilikdə 15 faiz (ildə 3,6 milyon ABŞ dolları) artırmağa imkan verib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti