...

Noyabr ayında apteklərdə 12 planlı, 3 plandankənar yoxlama aparılıb

Gündəm Materials 2 Dekabr 2024 12:34 (UTC +04:00)
Noyabr ayında apteklərdə 12 planlı, 3 plandankənar yoxlama aparılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin noyabr ayı ərzində 15 aptekdə yoxlama aparılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb.

Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

Xəbər lenti

Xəbər lenti