Bakı. Trend:
ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə ukraynalı həmkarı Rustem Umerov arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Məlumata görə, tərəflər hərbi əməliyyatların dinamikası və ABŞ-ın Ukraynaya yardımını da müzakirə ediblər.
Pentaqon, həmçinin Ukraynada orta mənzilli ballistik raketin istifadəsini pisləyib.
Bundan əlavə, ABŞ Kiyevə 725 milyon dollarlıq yeni hərbi yardım ayırıb.