Bakı. Trend:
Suriyada artan gərginlik təkcə bu ölkə üçün deyil, regionun digər dövlətləri üçün də ciddi problemlərə səbəb ola bilər.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Abbas Araqçı deyib.
"Suriya terrorçuların sığınacağına çevrilərsə və İŞİD də daxil olmaqla terrorçu qrupların geri qayıtması üçün zəmin yaranarsa, bu, bütün region üçün böyük təhlükə olacaq", - deyə nazir bildirib.
Nazir silahlı qrupların fəaliyyətinin İraq, İordaniya və Türkiyəyə yayılacağını da qeyd edib.
O, Tehranın terrorla mübarizədə Dəməşqə dəstəyini davam etdirəcəyinə və Suriya hakimiyyətinin tələb etdiyi vəsaitdən istifadə edəcəyinə söz verib.