Bakı. Trend:
30 yaşında tərk etdiyim doğma yurdumuz Cəbrayıla qayıdışın sevincini, həyəcanını yaşayıram.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Ələddin Hüseynov deyib.
Onun sözlərinə görə, indi 62 yaşında doğma elinə, obasına qayıdır.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı
versin, dövlətimizi və ordumuzu qorusun", -deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən
keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli
bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən
fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye,
energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan
yaşayır.