...

Polisdən əməliyyat: yabanı halda bitmiş 11,4 ton çətənə kolu məhv edildi

Gündəm Materials 9 İyun 2025 14:35 (UTC +04:00)
Polisdən əməliyyat: yabanı halda bitmiş 11,4 ton çətənə kolu məhv edildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54 min ədəd çətənə kolu isə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti