...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib (VİDEO)

Gündəm Materials 12 Avqust 2025 10:34 (UTC +04:00)
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

Trend xəbər verir ki, barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb.

Qeyd edilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Bağırlı sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti