...

Xaçmaz şəhərində Mədəniyyət və istirahət parkı əsaslı təmir olunub (FOTO)

Gündəm Materials 31 Oktyabr 2025 14:53 (UTC +04:00)
Xaçmaz şəhərində Mədəniyyət və istirahət parkı əsaslı təmir olunub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü ərəfəsində Xaçmaz şəhərindəki Mədəniyyət və istirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və bir qrup ziyalı yenilənmiş parkda yaradılan şəraitlə tanış olublar.

Elnur Rzayev bildirib ki, Xaçmaz şəhərində, eləcə də qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdiriləcək.

Gəzinti zamanı parkın ərazisinə simvolik olaraq yeni ağaclar da əkilib.

Rayon ziyalıları sakinlərin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraiti yüksək qiymətləndirib, görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, müasir layihə əsasında yenilənən Mədəniyyət və istirahət parkında gəzinti yollarına tamet daşları döşənib, yeni yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar, dekorativ gül-çiçək kolları əkilib. Parkda həmçinin müasir üslubda hazırlanmış oturacaqlar və zibil qabları quraşdırılıb, ərazidə işıqlandırma sistemi yenilənərək daha cəlbedici görkəm alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti