...

Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub (FOTO)

Gündəm Materials 1 Noyabr 2025 12:30 (UTC +04:00)
Xaçmaz rayonunda 1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd təsərrüfatı işçiləri və fermerlər əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderin xatirəsini ehtiramla yad ediblər.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında müasir yanaşmalar formalaşıb. Xaçmaz rayonunda da intensiv meyvə bağlarının sahəsi ildən-ilə genişlənir, yeni təsərrüfatlar və emal müəssisələri yaradılır.

Digər çıxış edənlər də kənd təsərrüfatına göstərilən dövlət dəstəyini, subsidiya mexanizmlərini və yeni texnologiyaların tətbiqinin məhsuldarlığa təsirini vurğulayıblar.

Sonda kənd təsərrüfatı sahəsində fərqlənən bir qrup əməkdaşa Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti