Azərbaycan, Xaçmaz, 26 iyun / Trend müxbir A.Qafarov/ Xudat şəhərində etiraz aksiyası keçirilib. Köhnə zavod adlanan ərazisinin ətrafında yaşayan 2 iki mərtəbəli binanın sakinləri elektrik enerjisinin kəsilməsinə etiraz olaraq Xudat-Yalama maqistral yolunu bağlayıblar. Bir neçə dəqiqə avtomobillərin hərəkəti məhdudlaşıb. Yerli polisin müdaxiləsindən sonra yolda hərəkəti bərpa etmək mümkün olüb.
Xaçmaz rayonu elektrik şəbəkəsinin rəisi Qismət Əskərovun Trend a verdiyi məlumatə görə, elektrik enerjisinin dayandırılmasının səbəbi əhalinin istifadə etdiyi enerjinin pulunun ödəməməsiylə bağlıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]