...

Bakıda ötən gecə güclü yanğın olub

Hadisə Materials 31 İyul 2008 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir K.Zərbalıyeva/ İyulun 30-dan 31-nə keçən gecə Heydər Əliyev prospektində yerləşən "Təmirmaş" Açıq Səhmdar Cəmiyyətinin sexlərindən birində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən verilən məlumata görə, sexdə baş vermiş güclü yanğın nəticəsində 400 kvadrat metrə yaxın sahə içindəki avadanlıqlarla birgə tamamilə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyevin verdiyi məlumata görə, hadisə yerinə 2 nömrəli çağırışla Nizami Rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Bakı Qarnizonunun 10-a yaxın yanğınsöndürən maşını cəlb olunub.

Yanğını başqa sexlərin ərazisinə keçmədən söndürmək mümkün olub.

Hadisə zamanı insan tələfatı və xəsarət alan olmayıb.

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Hadisənin səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti