...

Bakıda silahlı hücum baş verib

Hadisə Materials 6 Avqust 2008 23:27 (UTC +04:00)
Bakıda silahlı hücum baş verib

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir S.Kazımlı/ Bu gün saat 17.00 radələrində Bakıda silahlı hücum baş verib. Trend müxbirinin verdiyi xəbərə görə, iki naməlum şəxs tapança ilə hədələyərək valyuta dəyişmə məntəqəsinin əməkdaşı, 38 yaşlı Qasımov Ruslan İsmayıl-oğlundan 4300 AZN alıblar. Hücum Naxçıvani, 24 ünvanındakı binanın qarşısında yerləşən avtomobil dayanacağında baş verib.

Quldurlar dövlət nişanlı 10 UC 007 BMW markalı maşında yer alan Qasımovdan pul tələb ediblər. Lakin o bu tələbi yerinə yetirməkdan imtina edib. Buna görə də hücum edənlər Qasımovu qorxutmaq üçün havaya bir dəfə atəş açıblar. Bundan sonra zərərçəkən pulları onlara vermək məcburiyyətində qalıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsindən verilən məlumata görə, hazırda faktla bağlı istintaq əməliyyatı davam edir.

Xəbər lenti

Xəbər lenti