Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonunda yerləşən şirkətlərin birində oğurluq hadisəsi baş verib.
Nəsimi rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 16-da səhər saat 09:00 radələrində Üzeyr Hacıbəyov küçəsində yerləşən, Bakı sakini Bağır Balakişiyevə məxsus "Zero" şirkətindən 1 ədəd noutbuk və bəzək əşyaları oğurlanıb.
Oğurluq edən şəxslərin şirkətə pəncərədən daxil olduqları bildirilir. Hazırda hadisəni törədənlərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]